Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda koronaviruslu xəstələrin ümumi aşkarlanma sayı 50 faizdən çoxdur - RƏSMİ
“Bir fakt 30-60 nəfərin yoluxması deməkdir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı qeyd edib ki, aparılan tədbirlər nəticəsində bəzi rayonlarda yoluxmanın tamamilə olmaması müşahidə edilir:
“Apardığımız test sayları artır, koronavirusa yoluxmanın aşkar olunması azalır. Unutmamalıyıq ki, bir fakt 30-60 nəfərin yoluxması deməkdir”.
O qeyd edib ki, ümumi yoluxma sayı 1592 nəfər təşkil edir:
“Koronavirus infeksiyasından 21 ölüm halı olub. Vəfat edənlər arasında həkim həmkarımız da var. Ümumi sağalanların sayı 1013 nəfərdir. Aktiv xəstələrin sayı 558 nəfərdir.
20 xəstə reanimasiyadadır. Onlar əsasən, Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni klinika”dadır. Yoluxma sayı Sumqayıtda 3,5 faizdir. Bakıda koronaviruslu xəstələrin ümumi aşkarlanma sayı 50 faizdən çoxdur”.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
- Bakıda sərnişin avtobusu qəzaya uğradı