Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda avtobus sürücüləri arasında koronavirusa yoluxan var? - RƏSMİ AÇIQLAMA
“Bakı Nəqliyyat Agentliyinin 800-dən çox sürücüsü koronavirus testindən keçirilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, müayinələrin nəticələri mənfi olub:
“Sürücülərin heç birində yoluxma faktı qeydə alınmayıb”.
Sədr qeyd edib ki, Agentliyə məxsus qarajlarda ciddi dezinfeksiya tunelləri quraşdırılıb:
“Digər daşıyıcıların sürücülərində koronavirusa yoluxma halları olub, onlarda da dezinfeksiya işləri sürətlə davam etdirilir”.
İlhamə Əbülfət
Rəylər