Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda ən çox şikayət daxil olan marşrut xətti açıqlandı - RƏSMİ
“İndiki dövrdə avtobusların xətlərdən çıxarılması düzgün deyil”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, sərnişin daşıyıcılarının bu günlərdə məsələyə yanaşması dəyərləndirilir:
“Buna uyğun olaraq pandemiya dövründən sonrakı qərarlar o istiqamətdə veriləcək. Avtobusda sıxlığın olması o marşrut xətti üzrə avtobusun az olması demək deyil”.
“Koronavirus pandemiyası dövründə 79 nömrəli daşıyıcı ilə bağlı şikayətlər daxil olur. Bu daşıyıcı barədə ciddi tədbirlər görüləcək”.
İlhamə Əbülfət
Rəylər