Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, iclasda komissiyanın fəaliyyət istiqamətləri müzakirə olunacaq.
Milli Məclisin İntizam Komissiyasının fəaliyyətini gücləndirmək, bununla bağlı hüquqi bazanı təkmilləşdirmək məqsədilə yaradılan İşçi qrupu ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq.
Bildirək ki, İşçi qrupunun rəhbəri deputat Kamal Cəfərovdur.
Qrupa deputatlardan Nurlan Həsənov, Əminə Ağazadə, Erkin Qədirli daxildir.
Milli Məclisin Aparatının əməkdaşı Yunis İsmayılov və Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev də İşçi qrupunun üzvləridir.
Qeyd edək ki, Milli Məclisin İntizam Komissiyasının sədri deputat Eldar İbrahimovdur.
Aqşin Kərimov
Rəylər