Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Karantin rejiminin Azərbaycan üçün faydaları açıqlandı - RƏSMİ+VİDEO
“Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb:
“Diaqramlardan da göründüyü kimi, 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə, nəzərəçarpacaq dərəcədə azdır.
Buna karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması səbəb olub”.
O qeyd edib ki, karantin dövründə tətbiq olunan məhdudlaşdırmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib:
“Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir”.
İlhamə Əbülfət
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Azərbaycan-Tacikistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib
- Azərbaycan və Rusiya arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
Rəylər