29 
May
2020
18:38
29
203
14840
Virtual karabakh

Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ

29 May, 2020
18:38
14840

Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə koronavirusa yoluxma faktının ən çox olduğu rayonlar açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, yoluxanların 47 faizi Bakıdadır:

“Gəncə-Qazax bölgəsində 13,6 faiz, Aran bölgəsində 11,9, Abşeron rayonunda 11,2 faiz, Lənkəran rayonunda 8,6 faiz yoluxma müşahidə edilib”.

Sədr vurğulayıb ki, Bakı şəhərində yoluxmanın çox olması təmas hallarının artması ilə əlaqədardır:

“Gəncə şəhərində 481, Sumqayıt şəhərində 250, Abşeron rayonunda 209, Masallı rayonunda 47, Goranboy rayonunda 30, İsmayıllıda 32, Astarada 27, Neftçalada 55, Xaçmazda 31 və Beyləqanda 29 yoluxma faktı aşkarlanıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri