29 
May
2020
18:54
28
250
13706
Virtual karabakh

Bakıda koronavirusa yoluxmanın ən yüksək olduğu rayonlar açıqlandı - RƏSMİ

29 May, 2020
18:54
13706

Bakıda koronavirusa yoluxmanın ən yüksək olduğu rayonlar açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, paytaxtda virusa yoluxanların 14,5 faizi Yasamal rayonunda yaşayanlardır:

“Bakı üzrə yoluxanların 13 faizi Nəsimi rayonunda, 13,5 faizi Sabunçu rayonunda, 11,1 faizi Binəqədi rayonunda, 10 faizi Xətai rayonunda, 7,4 faizi Qaradağ rayonunda, 6,4 faizi Suraxanı rayonunda, 5,9 faizi Nizami rayonunda, 10,5 faizi isə Nərimanov rayonunda yaşayanlardır”. 

O qeyd edib ki, Bakı şəhərinin digər rayonlarında koronavirusa yoluxma payı üç faizdən aşağıdır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri