Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Deputat tibbi maska ilə bağlı təklif verdi: “Onlar bunu vətəndaş nəzarəti adlandırır, biz isə satqınlıq”
“İsveçrədə hansısa sürücü qaydanı pozursa, arxasınca gələn digər sürücü onun şəklini çəkir və polisə göndərir. Yəni sakinlər bütün sahələrdə bir-birinə nəzarət edir. Onlar bunu vətəndaş nəzarəti adlandırır, biz isə xəbərçilik, yaxud satqınlıq. Amma indi bunları düşünməyin zamanı deyil”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Azərbaycanda da ictimai qınağın olması çox mühümdür.
Millət vəkili təklif edib ki, maska taxmayan adam görəndə ondan nümayişkaranə şəkildə uzaqlaşaq.
“Artıq tətbiq edildiyi kimi, maska taxmayan sərnişin olan zaman marşrut yerindən tərpənməsin, maskasız görüşə gələnləri qəbul etməyək. Digər tərəfdən, imkanı olanlar cibində təmiz maska gəzdirsin və olmayanlara təklif edib utandırsın. Yaşlılarını cəhalət üzündən qoruya bilməyənləri də lap adbaad ictimai qınağa məruz qoymaq olar”, - deyə, R.Nurullayev əlavə edib.
Deputat vurğulayıb ki, ictimai qınaq mütləqdir və müxtəlif innovativ yollarını da hər kəs düşünüb tətbiq edə bilər.
Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb.
Layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir.
Vətəndaşlar qida məhsullarının ticarəti, ictimai-iaşə müəssisələri, turizm və otelçilik, ictimai nəqliyyat, vətəndaşların qəbulunu həyata keçirən qurumlar, müxtəlif ticarət, xidmət sahələri və ofislərin fəaliyyətində, eləcə də digər istiqamətlərdə aşkar olunan qayda pozuntuları barədə məlumatları portaldakı WhatsApp nömrəsi (+99451 206 55 72) vasitəsilə göndərə bilərlər.
Aqşin Kərimov
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
Rəylər