İyl
2020
17:40
56
255
8435
Virtual karabakh

85 min nəfərin icazəsi ləğv edildi - RƏSMİ

3 İyl, 2020
17:40
8435

85 min nəfərin icazəsi ləğv edildi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İki həftəlik karantin rejimi dövründə 66 minə yaxın müraciət daxil olub”.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib. 

Onun sözlərinə görə, dövlət və özəl sektor tərəfindən 700 minə yaxın icazə alınıb:

“Araşdırma zamanı müəyyən olunub ki, icazə hallarından sui-istifadə edilib. Bu səbəblə 85 minə yaxın icazə silinib və aidiyyəti orqanlara bununla bağlı məlumat göndərilib.

Nazirlər Kabineti müvafiq sahələrə uyğun şəxslərə icazələrin verilməsinə qərar verib. Xahiş edirik, bunu nəzərə alsınlar. İş olmayan zamanda icazədən sui-istifadə etmək olmaz”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri