İyl
2020
13:06
29
329
6257
Virtual karabakh

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”

6 İyl, 2020
13:06
6257

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə davam edir. Təəssüf ki, həkimlərin və hökumətin səylərinə baxmayaraq, yoluxanların sayı hər gün 500 nəfərdən çox təşkil edir. 5 iyul 2020-ci il tarixinə olan məlumata görə, Azərbaycanda 20 324 nəfərdə COVID-19 infeksiyası təsdiqlənib. İndiyə qədər 11 742 nəfər sağalıb, 250 nəfər ölüb, 8 332 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.

Media.Az V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Parazitar Xəstəliklər Klinikasının baş həkimi, klinik ordinator Afət Əkbərova ilə söhbət edib.

Onun sözlərinə görə, tədqiqat institutunun həkimləri ilk günlərdən Azərbaycanda koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə iştirak ediblər.

“Əməkdaşlarımız ilk cavab verənlərdən oldu; əvvəlcə könüllü olaraq karantində olan xəstələr arasında maarifləndirmə işləri apardılar və sonradan birbaşa koronavirus xəstələrinin müalicəsində iştirak etdilər. Şəxsən mənə gəlincə, martın 1-də Yoluxucu Xəstəliklər Klinikasının baş həkimi Nərgiz Əliyeva ilə Cəlilabad şəhərinə göndərildim. Sonra Qobustan Mərkəzi Rayon Xəstəxanasına uzun ezamiyyət oldu, hazırda Mərkəzi Gömrük Hospitalında çalışıram. Bu tibb müəssisəsi, bildiyiniz kimi, yaxın dövrlərdən xüsusi rejimli xəstəxanaya çevrilib. Ancaq biz - müxtəlif ixtisaslardan yüksək peşəkarlığa malik həkimlərdən ibarət qrup - artıq bir çox sağalmış insanı evinə yola salmışıq”.

Onun sözlərinə görə, epidemiya davam etdiyi üçün boşalmış çarpayılar yeni gələn xəstələrlə dolur:

“Hazırda heç bir yaş fərqi yoxdur. Hər şey komorbid fondan, yəni müxtəlif yanaşı xəstəliklərin mövcudluğundan, xəstəliyin müddətindən və xəstənin həkimlərin tövsiyələrinə nə dərəcədə riayət etməsindən asılıdır”.

Virusun bu dövrdə mutasiyaya uğrayıb-uğramadığı barədə suala cavab olaraq, o, xəstəliyin davam etdiyini və əvvəlki aylarla müqayisədə daha ağır şəkildə olduğunu əminliklə söyləyib.

“Bu, mutasiyaya uğramış virusun aqressivliyi ilə izah olunur”, - deyə, A.Əkbərova sözlərini yekunlaşdırıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri