24 
İyl
2020
09:31
69
28
2105
Virtual karabakh

Bu gün Azərbaycanda növbəti buraxılış və qəbul imtahanları keçirilir

24 İyl, 2020
09:31
2105

Bu gün Azərbaycanda növbəti buraxılış və qəbul imtahanları keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

Bununla bağlı Mərkəz məlumat yayıb.

Bildirilib ki, imtahanlar respublikanın 10 şəhər və rayonunda təşkil olunur

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanlarda 13 483 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur. 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 61 imtahan binası, 1 045 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1361 nəzarətçi-müəllim, 122 buraxılışı təşkil edən əməkdaş, 61 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 24 iyul 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq:

• 9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri