Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Almatıdan 117 azərbaycanlı Vətənə gətirildi - FOTO
Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir.
Aviaşirkətdən Oxu.Az-a verilən məlumata görə, iyulun 24-də AZAL-ın çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatadan vətənə gəlib.
Həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.
Xatırladırıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.
"AZAL" teqi üzrə xəbərlər
- Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumuna görə GERİ QAYITDI
- Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar
- Azərbaycan təyyarə qəzasının MDB Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını rədd edib
- Baş nazir Əli Əsədov Qazaxıstanın Bakıdakı səfirliyində olub
- Nazir: "Bakıda müalicəsi davam edən yaralıların vəziyyətləri qənaətbəxşdir"
Rəylər