11 
Avq
2020
12:43
47
199
2488
Virtual karabakh

Siyəzəndən Xaçmaza sərnişin daşımağa cəhd edən sürücü və 27 sərnişini saxlanıldı - FOTO

11 Avq, 2020
12:43
2488

Siyəzəndən Xaçmaza sərnişin daşımağa cəhd edən sürücü və 27 sərnişini saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, sözügedən qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyərkən rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.  

Yoxlanış zamanı M.Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub.

Sürücü M.Məhərrəmov və  27 sərnişin barəsində İXM-nin 211.1-ci maddəsi üzrə protokol tərtib edilib, onlar cərimə olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri