14 
Avq
2020
12:09
99
17
1224
Virtual karabakh

Sumqayıt Reabilitasiya Mərkəzi gələn ay istifadəyə veriləcək

14 Avq, 2020
12:09
1224

Sumqayıt Reabilitasiya Mərkəzi gələn ay istifadəyə veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin tapşırığına əsasən, reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Sumqayıt Reabilitasiya Mərkəzində də təmir və yenidənqurma işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu işlər artıq yekunlaşır və müəssisənin gələn ay istifadəyə verilməsi planlaşdırılır.

Bərpa mərkəzində il ərzində 1000-dən çox əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstəriləcək. 

Mərkəzdə əlilliyi olan şəxslərin sosial-psixoloji xidmətlə təmin edilməsi də nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri