Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb.
Rayon sakini Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən yolda eşşək qoşulmuş araba ilə toqquşub.
Hadisə nəticəsində arabada olan kənd sakini Arif Babaşov hadisə yerində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12