Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şabranda sanitar-karantin qaydalarını pozan doqquz nəfər cərimələndi
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktik reydlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən karantin rejiminə əməl olunması məqsədi ilə qapalı məkanlarda və iaşə obyektlərində həyata keçirilən reydlər nəticəsində sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Reydlər zamanı rayon ərazisində qaydaları pozan bir ticarət mərkəzinin və bir iaşə obyektinin sahibi olmaqla ümumilikdə doqquz nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə ediliblər.
"COVID-19" teqi üzrə xəbərlər
- Ölümlər NİYƏ "CAVANLAŞIB"? - "İnfarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil"
- Canımızdan çıxmayan xəstəlik: NECƏ SAĞALAQ?
- COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq
- Təyyar Eyvazov: "İlbəil peyvənd üçün müraciət edənlərin sayı artır"
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
Rəylər