Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakının mərkəzində ağacın kökünə beton tökülüb? - YENİLƏNİB + FOTO
Fəvvarələr meydanında ağacların quruma ehtimalının olması ilə bağlı verilən məlumat əməkdaşlarımız tərəfindən yerində araşdırılıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verilib.
O bildirib ki, ağacların dibinə beton deyil, torpağın üst qatına qum-çınqıl qarışığının töküldüyü müəyyənləşdirilib:
“Mütəxəssislərin verdiyi rəyə görə, qum-çınqıl qarışığı ağacların bioloji inkişafına hər hansı mənfi təsir göstərmir, lakin onların mütəmadi suvarılması vacibdir. Ağacların mütəmadi suvarılması və onlara qulluq olunması məqsədilə Bakı Abadlıq İdarəsinə tapşırıq verilib.
Bakı Abadlıq İdarəsi tərəfindən ağacların suvarılması təmin olunub və ağacların mütəmadi suvarılacağı bildirilib.
Yaşıllıqların mühafizəsinə diqqət göstərdiyinizə, təbiətə olan həssas münasibətinizə və bizə müraciətinizə görə nazirliyimiz adından sizə təşəkkür edirəm”, - o vurğulayıb.
16:43
Bakının “Tarqovı” adlanan ərazisində ağacların dibinə çınqıllı beton tökülüb.
Bu barədə fotolar sosial şəbəkələrdə Rumiyyə Miraslan adlı istifadəçi tərəfindən paylaşılıb.
Onun sözlərinə görə, dibinə çınqıllı beton tökülən ağac suya həsrət qalıb və quruyur:
“Ağacların gövdəsi susuzluqdan qabıq verib, tökülür. Şəhərin mərkəzində ağac terroru baş verir. Aidiyyəti qurumların bu məsələyə münasibət bildirməsini istəyirəm. Ağacın dibinə tökülən beton təmizlənməlidir. Suvarılma sistemi də quraşdırılmalıdır. Ümid edirəm səsimə, daha doğrusu, dilsiz ağacların harayına səs verən tapılacaq”.
Sözügedən məsələdə səlahiyyətli qurum olan Bakı Abadlıq Xidmətindən Oxu.Az-a verilən məlumata görə, ağacın dibinə tökülən çınqıl səliqəli görüntü üçündür:
“Sözügedən ərazidəki irigövdəli ağacın ən azı 40-50 il yaşı var və onun kökləri torpağın təxminən 15 metr dərinliyindədir. Həmin çınqıl xüsusi vasitə ilə tökülüb və çınqıl suyu, eləcə də, havanı buraxır.
Bunu etməkdə məqsəd ağacı qurutmaq yox, səliqəli görüntü yaratmaqdır. Bunun ağacın qidalanmasına heç bir halda mənfi təsiri yoxdur”.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər