Misli Premyer Liqasında II turdan təxirə salınan "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" oyunlarının tarixi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Hər iki qarşılaşma dekabrın 17-də keçiriləcək. "Sabah" - "Sumqayıt" matçı saat 15:00-da, "Qarabağ" - "Kəpəz" görüşü isə 18:30-da start götürəcək.
Qeyd edək ki, "Sabah" klubu bu matçı yeni stadionu olan "Dalğa Arena"da keçirəcək.
17 dekabr
15:00. "Sabah" - "Sumqayıt"
"Dalğa Arena",
18:30. "Qarabağ" - "Kəpəz"
Tofiq Bəhramov adına Respublika Stadionu.