Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İş stajı natamam olan şəxslər təqaüdü necə almalıdır? - VİDEO
Azərbaycanda pensiya almaq üçün minimum 25 il iş stajı və yaxud 28 min 800 manat pensiya kapitalı tələb olunur. Nəticədə bu tələblərə cavab verməyən, lakin yaşı çatmış şəxslər əmək pensiyası ala bilmirlər.
Bəs bu şəxslərin pensiya alması üçün hansı addımları atmasına ehtiyac var?
Baku TV mövzuyla bağlı geniş süjet hazırlayıb.
Sovetlər ittifaqının dağılması ilə o dövrdəki bəzi müəssisə, təşkilat, zavod və fabriklər öz fəaliyyətini dayandırdığından 10 minlərlə insan işsizlər sırasına qoşulub. Sonradan belə vətəndaşların müəyyən bir qismi müxtəlif sahələrdə çalışsalar da, qeyri-rəsmi işlərdə çalışmaq məcburiyyətində qalıblar və buna görə nə stajları qeydə alınıb, nə də fərdi hesablarında hər hansı bir vəsait toplanıb. Nəticədə isə artıq pensiya yaşına çatsalar da, həmin vətəndaşlardan tələb olunan 25 il staj və ya 28 min 800 manat pensiya kapitalı natamam qalıb. Sovet dövründə işləyənlərin ödədiyi sosial ödənişlərin hesabatını aparmaq çətindir.
Bu halda həmin şəxslərin işlədiyi illər ərzində topladığı kapital necə hesablanır?
Qısacası 2006-cı ilə qədər olan iş stajınız hər il üçün 306 manatdan hesablanır və bu, sizin pensiya kapitalınız sayılır. 2006-cı ildən sonra isə bu kapital vətəndaşın pensiya yaşına çatana qədər bütün illərin inflyasiya səviyyəsində indeksasiya olunur.
Nəhayət pensiya yaşına çatanda ümumi toplanmış vəsait 28 min 800 manatdan az olarsa, çatışmayan kapital nə qədərdirsə, həmin məbləği ödəmək şərti ilə vətəndaşlar minimum pensiya ilə təmin oluna bilərlər.
Ətraflı Baku TV-nin süjetində:
Rəylər