Yasamal Rayon İcra hakimiyyətinin əməkdaşları Dadaş Bünyadzadə küçəsi, ev 33 ünvanında yerləşən mənzili söküblər.
Söküntü zamanı orada olmayan ev sahibləri isə bildirib ki, mənzilin hər bir sənədi yerindədir.
Baku TV-nin əməkdaşları mövzuyla bağlı hadisə yerində olub.
Məsələ ilə əlaqədar açıqlama verən ev sahibi polisin onun əlindən tutub xəsarət yetirdiyini bildirib:
“Məni sürüdülər. Dedim ki, burax qolumu, nə istəyirsiz mənim evimdən?”
Ətraflı süjetdə:
Yasamal sakininin sənədli evi söküldü: “Dedim ki, qolumu burax, nə istəyirsiz evimdən?” – VİDEO
Rəylər