Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Avtovağzal” stansiyasından “8 Noyabr”a getmək mümkün olacaq? - AÇIQLAMA + FOTO
Ötən gün sosial şəbəkələrdə metronun “8 Noyabr” stansiyasının qrafik üzrə metropoliten daxilində lövhəyə vurulduğunu əks etdirən foto yayılıb. Həmin fotoda “8 Noyabr” stansiyası bənövşəyi xətdə yerləşən “Avtovağzal” stansiyasından sonra qoyulub.
Sosial şəbəkə istifadəçiləri isə bunun yanlış şəkildə yerləşdirildiyini qeyd ediblər.
Məsələyə aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən fotoda “8 Noyabr” stansiyasının adı şərti olaraq dizaynın təyin olunması üçün yerləşdirilib:
“Bəzi texniki məsələləri düzəltmək məqsədilə yoxlama üçün lövhəyə yapışdırılıb. Sərnişinin rahatlığı, görünüşün estetikliyi baxımından bu cür test hazırlıq mərhələsi zaman-zaman bütün stansiyalarda həyata keçirilib.
Məsələn, təmir dövründə “Şah İsmayıl Xətai”, “Sahil” metrostansiyalarında da bu cür test xarakterli düzəlişlər olub. Məqsəd yerləşdiriləcək lövhələrdə ölçü və görünüş baxımından texniki məsələləri dəqiqləşdirməkdir. Hazırda getsəniz, stansiyada bu yazını görməyəcəksiniz”.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər