Mar
2021
10:57
92
48
4853
Virtual karabakh

FHN əməkdaşları üçün vaksinasiya prosesi Bakı üzrə başlayıb - AÇIQLAMA

“Vaksinasiya prosesi hələ ki, Bakı üzrə başlayıb”. 

Bu barədə Oxu.Az-a açıqlamasında FHN-nin Tibb Xidmətinin rəisi müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.

O bildirib ki, könüllü olaraq 18 yaşdan yuxarı FHN əməkdaşları koronavirusa qarşı vaksinasiya prosesinə müraciət edə bilərlər:

“Vaksinasiya prosesi fevralın 25-dən Bakı üzrə başlayıb. Regionlarda vaksinasiya prosesinə hələ ki, başlanılmayıb. Lakin vaksinasiya ilə bağlı könüllü müraciət edən Nazirlik əməkdaşları FHN-nin Tibb Mərkəzinə gələ bilərlər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri