Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirliyin araşdırması nəticəsində şöbə müdiri işdən çıxarıldı
Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
İlhamə Əbülfət
"Abşeron" teqi üzrə xəbərlər
Ən çox oxunanlar