Azərbaycanda kişi şantaj olunub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, 38 yaşlı S.Kazımov 44 yaşlı R.Bağırovu videogörüntüləri ilə şantaj edib.
Məlumata görə, həmin görüntülərdə R.Bağırovun döyüldüyü əks olunub. S.Kazımov görüntülərlə ona hədə-qorxu gələrək, 8 min manat pul tələb edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələbetmə) maddəsi ilə cinayət işi açılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.