Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rövşən Əkbərovun cinayət işi məhkəməyə göndərildi
Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, aparılan istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- 45 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR
- Milyonluq cinayətlə bağlı şikayətə RƏSMİ CAVAB - Aralarında Cavid Qurbanovun yaxın qohumu da var
- Azərbaycanda axtarışda olan hindistanlı Monakoya təhvil verildi
- Baş Prokurorluqda yüksək vəzifəyə TƏYİNATLAR
- Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ