Sağlamlığı qorumağın qeyri-adi üsulu açıqlanıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, braziliyalı kardioloq Fabio de Serkeyra Lario mümkün qədər tez-tez gülməyi tövsiyə edib.
Kardioloqun sözlərinə görə, gülüş stres zamanı qanda kortizolun səviyyəsini azaldır və insanın özünü yaxşı hiss etməsinə kömək edən maddələrin səviyyəsini artırır. O, gülüşün orqanizmdə xroniki iltihabın azalmasına, immun sisteminin və vegetativ sinir sisteminin fəaliyyətinin yaxşılaşmasına da kömək etdiyini bildirib.
"Bundan əlavə, bəzi tədqiqatlar tez-tez gülməyi ürək-damar xəstəliklərinin yaranma riskinin daha aşağı olması ilə əlaqələndirir. Gülüşlə yaxşı əhvali-ruhiyyə arasındakı əlaqə isə, məncə, toyuq və yumurta haqqında sualı xatırladır. Biri digərinə səbəb olur və əksinə. Onların qarşılıqlı təsiri sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır", - deyə o vurğulayıb.