İyl
2021
16:00
108
624
4181
Virtual karabakh

Həkim çağırış etdi: “Həftəsonu qadağaları qüvvədə qalmalıdır” - VİDEO

3 İyl, 2021
16:00
4181

Həkim çağırış etdi: “Həftəsonu qadağaları qüvvədə qalmalıdır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həftəsonu qadağalarının qalması məqsədəuyğundur”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib.

“Biz bir müddət bu məsələni ciddi şəkildə izləməliyik. Ola bilər ki, bu gün mövcud olan qərarlara, yəni sosial həyatın ayrı-ayrı sahələrində gedilən yumşaldılmalara yenidən baxılsın. Bütün bunlar əhalinin təhlükəsizliyi üçündür. Qərarlar epidemioloji vəziyyətə uyğun verilir.

“Delta plus” ştammının ölkəyə gəlməsi və yayılması astanasındayıq. Bunu qətiyyən unutmaq olmaz. Ehtiyatlı olmaq lazımdır. Nə qədər ki, epidemioloji vəziyyət stabildir daha az kontaktlarla müşahidə olunan fəaliyyətə keçmək lazımdır. Məsələn qapalı mühitdə toylar təhlükəlidir. Çünki kondisioner işləyir və orada bir adamın xəstə olması kifayət edir ki, xeyli adam virusa yoluxsun”, - deyə həkim qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri