Sen
2021
14:28
31
434
6027
Virtual karabakh

Həkim: “Mü” ştammı Azərbaycanda da yayılacaq” - VİDEO

8 Sen, 2021
14:28
6027

Həkim: “Mü” ştammı Azərbaycanda da yayılacaq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirusun “Mü” variantı “Delta” qədər yoluxucu və öldürücü gücə malik deyil”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O, insanları “Mü” variantına görə təşvişə düşməməyə çağırıb:

“Heç bir həkim xəstəyə baxıb onun “Mü” və ya başqa varianta yoluxduğunu deyə bilməz. Bunu yalnız molekulyar genetik üsulla müəyyənləşdirmək olar. Lakin hansısa əlamətlərin üstünlük təşkil etməsinə görə zamanla onu ayırd edə bilərik. Məsələn, “Delta” variantında daha çox boğaz, baş ağrısı, burun tutulması qeydə alınır. Düzdür, bu əlamətlər klassik COVID-19-da olur. Sadəcə olaraq, “Delta”da sözügedən əlamətlər daha çox üstünlük təşkil edir”.

V. Cavadzadə bildirib ki, bu variantın ölkəmizə gəlmə ehtimalı yüksəkdir:

“Ölkəmizdə “Mü” variantına rast gəlinib-gəlinməməsini laborator nəticələrə əsasən deyə bilərik. Hazırda isə bununla bağlı açıqlama yoxdur. Güman edirəm ki, dünyanın 40 ölkəsində və bizə yaxın ölkələrdə yayılıbsa, gec-tez bizdə də yayılacaq. Lakin təşvişə düşməyə ehtiyac yoxdur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri