Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məktəblərin istilik təminatı məsələsi tam nəzarətə götürülüb - RƏSMİ AÇIQLAMA
Bakıda bir sıra təhsil müəssisələrində istilik yoxdur.
Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən şikayətlər daxil olub. Bildirilib ki, paytaxtdakı 214, 70 və 145 nömrəli tam orta məktəbdə istilik yoxdur. Valideynlər, müəllimlər sinif otaqlarının soyuq olmasından şikayətlənirlər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirilib ki, ümumtəhsil müəssisələrinin istilik təminatı ilə bağlı qarşıya çıxan müəyyən problemlərin aradan qaldırılması istiqamətində “Azəristilik” ASC və “Azəriqaz” İB ilə birgə əməkdaşlıq çərçivəsində işlər görülür:
“Məktəblərin istilik təminatı məsələsi tam nəzarətə götürülüb. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün müvafiq tədbirlər görülür, zəruri hallarda aidiyyəti qurumlara müraciət olunur.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il ənənəvi olaraq noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir”.
Könül Cəfərli
Rəylər