Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Psixiatriya Xəstəxanasında pasiyent döyülüb: Komaya düşüb - RƏSMİ
Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında A.R (ad şərtidir) adlı vətəndaş döyülüb.
Bu barədə Oxu.Az-a vətəndaşın qardaşı məlumat verib.
İddia edilib ki, qardaşı xəstəxanada vəhşicəsinə döyülərək koma vəziyyətinə salınıb:
“Qardaşım gizli şəkildə gecə ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib”.
Vətəndaş bildirib ki, hadisəni ört-basdır etmək üçün hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.
Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxana rəhbərliyi tərəfindən qeydə alınan fakt barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb:
“Xəstəxanaya gələn polis və prokurorluq əməkdaşları araşdırmalara başlayıblar. Təhlükəsizlik kameralarının görüntüləri də götürülüb. Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı fakta hüquqi qiymət verəcək”.
İlhamə Əbülfət
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- SON DƏQİQƏ: Səhiyyə Nazirliyində əməliyyat - çox sayda SAXLANILAN VAR
- Vüqar Qurbanov: "Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib"
- Sağlamlıq turizminin inkişafı məqsədilə xüsusi işçi qrup yaradılıb
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar tibbi müayinələr təşkil edib
Rəylər