Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb
Samuxda bir neçə gün əvvəl baş vermiş bədbəxt hadisə nəticəsində ağır xəsarət alan FHN əməkdaşı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1991-ci il təvəllüdlü T.Məmmədov iş zamanı bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin travması alıb.
Fevralın 25-dən Gəncə şəhərində yerləşən xəstəxanaların birində müalicə alan T.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə rayon ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə gedən zaman baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"FHN" teqi üzrə xəbərlər
- Kürdə batdığı ehtimal edilən 13 yaşlı qızın axtarış işləri davam etdirilir
- Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır
- Ağdamda tikilinin damında kişi meyiti tapılıb
- Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ
- Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb
Rəylər