Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, "Opel” markalı, 99-FY-754 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vasif Mirişov Şamaxı şəhəri ərazisində işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı vət. V.Mirişovun narkotik maddə qəbul etməsi müəyyən edilib.
DYP tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə vət.V.Mirişovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, "Opel” markalı, 99-FY-754 dövl...
Rəylər