Bakıda dozadan artıq narkotik maddə qəbul edərək öldüyü deyilən gənc oğlan meningit səbəbindən vəfat edib.
Bu barədə Oxu.Az-a onun qardaşı məlumat verib.
Onun sözlərinə görə, M.R. iki aya yaxın sözügedən xəstəlikdən müalicə alıb.
Könül Cəfərli
11:34
Bakıda dozadan artıq narkotik maddə qəbul edən şəxs ölüb.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunda yerləşən evlərdən birində baş verib. Orada yaşayan 1994-cü il təvəllüdlü M.R. narkotik vasitədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Tibbi müdaxiləyə baxmayaraq, 28 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.