23 
Apr
2022
13:45
88
27
2977
Virtual karabakh

Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlir?

23 Apr, 2022
13:45
2977

Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 149 ölkəsindən 246,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 24,7 faizi Türkiyə, 14,4 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Ukrayna, hər birindən 3,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Pakistan, 1,6 faizi Küveyt, 1,3 faizi Qazaxıstan, hər birindən 1,2 faiz olmaqla Hindistan və Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla Almaniya və Oman, hər birindən 0,7 faiz olmaqla Belarus və ABŞ, hər birindən 0,6 faiz olmaqla İsrail və Özbəkistan, 6,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 79,7 faizini kişilər, 20,3 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 649,0 dəfə, Səudiyyə Ərəbistanından - 168,5 dəfə, Küveytdən - 167,1 dəfə, Bəhreyndən - 50,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 47,7 dəfə, Pakistandan - 29,5 dəfə, Hindistandan - 11,0 dəfə, İsraildən - 6,3 dəfə, ABŞ-dan - 5,6 dəfə, Qazaxıstandan - 3,6 dəfə, Fransadan - 3,5 dəfə, Ukraynadan - 3,0 dəfə, Böyük Britaniyadan - 2,2 dəfə, İrandan - 1,9 dəfə, Türkiyədən - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 14,9 faiz artıb.

2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,0 dəfə artaraq 58,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 10,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 84,3 min nəfər olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri