29 
İyn
2022
13:32
24
696
13096
Virtual karabakh

Bakıda dəhşətli yanğınla bağlı rəsmi AÇIQLAMA: “Yalnız bir uşaq ölüb” - YENİLƏNİB + FOTO

29 İyn, 2022
13:32
13096

Bakıda dəhşətli yanğınla bağlı rəsmi AÇIQLAMA: “Yalnız bir uşaq ölüb” - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yanğın zamanı xəsarət alan bir uşağın həkimə qədər ölümü qeydə alınıb. Uşağın nəşi aidiyyəti üzrə morqa təhvil verilib”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-a açıqlamasında bildirib. O qeyd edib ki, yanğında xəsarət alan digər beş nəfər xəstəxanaya yerləşdirilib:

“Onların vəziyyətləri kritik-ağır olaraq qiymətləndirilir. Müalicələri həkim nəzarətində davam etdirilir. Xəstəxanada müalicə alanlar arasında ölüm faktı qeydə alınmayıb”.

11:42

Xəbər verdiyimiz kimi, bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində güclü yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az-a baş verən yanğın hadisəsi ilə bağlı danışan yerli icra nümayəndəsi Elmar Abbasov bildirib ki, hadisə nəticəsində iki azyaşlı körpə dünyasını dəyişib, digər xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər: 

“Bizdə olan ilkin məlumata görə, hadisənin qısaqapanmadan baş verdiyi deyilir, amma hazırda araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. İki nəfər 7 aylıq əkiz uşaq dünyasını dəyişib. Uşaqlardan biri hadisə yerində, digəri isə xəstəxanada vəfat edib. 

Mən yeni (dörd ay əvvəl - red.) təyin olunduğuma görə ailə haqqında çox məlumatım yoxdur. Ailənin burada uzun müddət, yoxsa yeni məskunlaşması ilə bağlı məlumat araşdırmadan sonra bəlli olacaq. Hələlik bir söz deyə bilmərəm. Ailə başçısı Rövşən Abbasov olub”.

11:00

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli kürsülü evin (tikintisi başa çatmayıb, iki otağında yaşayış olub) dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 20 kvadratmetr sahədə, mətbəxinin tavanı 8 kvadratmetr sahədə yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Yanğın bölmələri hadisə yerinə çatana kimi 7 nəfər (onlardan 4-ü uşaqdır) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi xəstəxanada vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

10:18

Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacı ölüb.

APA-nın əldə etdiyi xəbərə görə, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər. 

Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov xəsarət alıblar.

09:18

Bakıda dəhşətli yanğın olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 6 üzvü isə yanıq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri