“Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 12 b ünvanında ağacların texnika vasitəsilə kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsindəki ağacların müvafiq rəy olmadan ərazinin hüdudları daxilində digər sahəyə qanunsuz köçürüldüyü müəyyən edilib.
“Faktla bağlı əraziyə cavabdeh vətəndaş Zaur Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 5 000 manat məbləğində cərimələnib”.
13:34
Sosial şəbəkədə Bakının Səbail rayonunda ağacların çıxarılması ilə bağlı görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülərdən məlum olur ki, Badamdar qəsəbəsində bir qrup şəxs ağacları texnika ilə kökündən çıxarır.
Həmin ərazidən çəkilən videogörüntünü təqdim edirik:
Nəzrin Vahid