Türkiyənin tanınmış müğənnisi Sinan Özen Tokatdan İstanbula qayıdarkən yol-nəqliyyat hadisəsi keçirib. Qəza Sakarya ərazisində yerləşən ödəniş məntəqəsində qeydə alınıb.
Oxu.Az "Haber Global"a istinadın xəbər verir ki, sənətçi noyabrın 3-də Tokat şəhərində baş tutan konsert proqramından sonra evinə dönürmüş. Nəqliyyat vasitəsində onunla birlikdə həm də meneceri kimi çalışan qardaşı Hızır Özen də olub.
Hadisədən sonra Hızır Özen zərər görmüş avtomobillərin şəkillərini sosial şəbəkə hesabında paylaşaraq hər ikisinin vəziyyətinin yaxşı olduğunu və xəsarət almadıqlarını bildirib.
"Tokatdan dönüş yolunda Sakarya ödəniş məntəqələrində keçirdiyimiz qəza. Çox şükür, yaxşıyıq", - deyə o, paylaşımında qeyd edib.
