10 
Yan
2023
13:32
20
109
1617
Virtual karabakh

Qusar sakinlərinin internetlə bağlı şikayətinə RƏSMİ CAVAB

10 Yan, 2023
13:32
1617

Qusar sakinlərinin internetlə bağlı şikayətinə RƏSMİ CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarın Həsənqala kənd sakinləri internetin və telefon xəttinin olmamasından şikayətçidirlər.

Sakinlər Oxu.Az-a bildiriblər ki, nə qədər müraciət etsələr də, dövlət qurumundan heç bir rəsmi cavab verilməyib:

“Bizə qeyri-rəsmi verilən cavablara görə, dirəklərdə və qovşaqların portlarında yer yoxdur, ona görə mümkün deyil. İllərdir bu problem öz həllini tapmır. Qonşu kəndlərdə telefon xətti, internet olsa da, Həsənqala kəndində vəziyyət illərdir düzəlmir”.

Məsələ barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-a bildirilib ki, MMC telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri həyata keçirir:

“Qusarın Həsənqala kəndində 70 ev təsərrüfatı Balaqusar kənd EATS-dən fiziki xətlə (ADSL) telefonlaşıb və sakinlər internetdən istifadə edirlər. 2024-cü ilin sonuna kimi Qusarın Həsənqala kəndinin də yüksəksürətli internetlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonunadək bütün ölkə ərazisinin GPON və digər texnologiyalar vasitəsilə genişzolaqlı xidmətlərlə təmin edilməsi planlaşdırılır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri