Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda qədim binaya edilən müdaxilə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bakının mərkəzində yerləşən qədim binalara müdaxilə edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən binalar daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil:
“Paylaşılan fotolarda yer alan binalardan yalnız biri (Təbriz Xəlilbəyli 10) reyestrə daxildir ki, həmin binaya da heç bir müdaxilə edilməyib”.
Qeyd edək ki, ərazidə piyada səkisinin zəbt edilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.
Daha çox foto burada: PhotoStock.az
09:40
Bakının mərkəzində yerləşən qədim binalara müdaxilə edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsindəki tarixi binalar ikimərtəbəli olub. Kimlərsə binanın üstündə daha iki mərtəbə tikib, eyvan artırılıb, bunun ardınca isə eyvanın altını da obyektə çevirərək piyada səkisini zəbt ediblər.
İlhamə Əbülfət
"Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Bakının mərkəzində illərdir gizli qalan tarixi abidə
- Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ
- COP29 çərçivəsində Azərbaycan pavilyonunda "İqlim üçün mədəniyyət" adlı tədbir keçirilib
- Mədəniyyət naziri Adil Kərimli türkiyəli həmkarı ilə görüşüb
- "CineMastercard" kinoteatrında "Tağıyev: Neft" filminin təqdimatı keçirilib
Rəylər