Mar
2023
16:58
92
13
1466
Virtual karabakh

Bakı Rəqs Çempionatının qalibləri müəyyən edildi - FOTO

8 Mar, 2023
16:58
1466

Bakı Rəqs Çempionatının qalibləri müəyyən edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil edilmiş 2023-ci il Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib.

Çempionat solo, duet, kiçik qrup, qrup, ansambl və böyük ansambl nominasiyalarında keçirilib. Müsabiqədə Bakı və ölkənin regionlarının nümayəndələri iştirak ediblər.

"Keçirilən çempionatda həm tanış olan kollektivlərin, həm də özlərini göstərməyə qərar verən yenilərin çıxışlarını gördük. Hər nominasiyada ciddi rəqabət olub, lakin Folk Stayl ansambl nominasiyasında üç kollektivin rəqabəti xüsusilə fərqlənib. Hakimlər sona qədər ümumi fikrə gəlməyə çalışdılar və nəhayət, qərar verdilər. Beləliklə, mən “Azad rəqs”  kollektivini, xüsusən onların bədii rəhbəri Rəhim Babayevi qələbə münasibətilə təbrik edirəm. Onlara böyük uğurlar arzulamaq istəyirəm. Həmçinin “Bakı Ritm Qrupu” ansamblını, Rəhman İmanovu  və “Alov” ansamblını Emil Pənahovun rəhbərliyi altında  qalib gəlmələri münasibətilə təbrik edirəm!", - deyə təşkilat komitəsinin sədri Əziz Əzizov bildirib.

Qran-pri qalibi isə  Folklor Stilizasiya nominasiyasında Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin solisti Lamiyə Hacızadə olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri