Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bəzi tibb müəssisələrində rentgen müayinə fəaliyyəti DAYANDIRILDI - FOTO/VİDEO
Bakıda bir sıra tibb müəssisələrində rentgen aparatlarında nöqsan aşkarlanıb, fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq nöqsanlar aşkar edilmiş, o cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və xüsusi icazənin olmaması səbəbindən müvafiq olaraq Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılıb.
Qeyd olunanları nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız xüsusi icazə əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir.

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldı
- Qaldırıcı krana çıxıb intihar etmək istəyən şəxs xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda qaz balonu quraşdırılmış avtomobil yandı: Xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- "Görüş" şadlıq evinin fəaliyyəti dayandırıldı
- "Azercell" mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir