Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Bakıda daha bir yolda sürət həddi endirildi](https://images.oxu.az/2023/04/04/17/05/01/f26a6f1d-7333-4c56-aef7-49f12e51bca0/yol 1:1200.jpg)
Bakıda daha bir yolda sürət həddi endirildi
Bakının Sabunçu, Balaxanı, Zabrat və Kürdəxanı qəsəbələrinin ərazisindən keçən Zabrat-Kürdəxanı yolunda müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60 km/saatdan 50 km/saat-a endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Agentlik sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edir.
Xatırladaq ki, bundan öncə Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib. Sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saata, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- 20 Yanvar faciəsindən 35 il keçir
- Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurlar
Ən çox oxunanlar