Bakıda yaşayış binasının divarında çat yaranması ilə bağlı şikayət Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşları tərəfindən araşdırılıb.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, Qara Qarayev 3 ünvanında “Orbita” MTK tərəfindən inşa edilən yaşayış binasının sakinlərindən biri tərəfindən binanın fasad hissəsində icazəsiz kondisioner quraşdırılması zamanı divarın üzlük-suvaq hissəsinə ziyan dəyib.
“Binada hər hansı çat və ya digər problemdən söhbət gedə bilməz. Həmin görüntü kondisionerin sökülərək fasadın zədələnmiş üzlük-suvaq hissəsinin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması işlərini əks etdirir”, - deyə məlumatda qeyd olunur.
15:36
Paytaxtın Nizami rayonu ərazisində, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən yaşayış binasının fasadına ziyan dəyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sakinlər tərəfindən sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilib ki, “Orbita” MTK-ya məxsus binanın fasadına ziyan dəyib və usta tərəfindən problem yaranan hissədə suvama işi aparılıb.
Sakinlər problemin daha böyük olduğunu, bəzi hissələrdə hətta çat yarandığını qeyd ediblər. Onlar binanın yenidən yoxlanması üçün çağırış ediblər.
Aysel Aslan