29 
Apr
2015
12:55
196
22
3965
Virtual karabakh

İlham Əliyev Nepala humanitar yardım göndərdi – FOTO

29 Apr, 2015
12:55
3965

İlham Əliyev Nepala humanitar yardım göndərdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlılar təxliyyə ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. 

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir. 

Prezidentin göstərişinə uyğun olaraq, həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyə edilərək vətənə çatdırılması həyata keçiriləcəkdir.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri