Avtomobil idarə edən azyaşlının müəyyən edilməsi, yaşının dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.

O qeyd edib ki, 18 yaşınadək yetkinlik yaşına çatmayanlar barəsində sözügedən qayda pozuntuları aşkar edildiyi təqdirdə, yol-patrul xidmətinin əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilərək işlər və materiallara baxılması üçün müvafiq komissiyalara göndərilir:
“İnzibati Xətalar Məcəlləsinin 335.1 maddəsinə əsasən nəqliyyat vasitəsinin sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarəetmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə, fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilirlər”.
15:12
Bakıda azyaşlı uşaq avtomobil idarə edib.
Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videodan aydın olur ki, o, “10-VF-085” dövlət nömrə nişanlı, ağ rəngli “Nissan Patrol” markalı avtomobili idarə edir.
Uşağın maşın sürərək, bunu lentə aldırıb, sosial şəbəkələrdə paylaşması istifadəçilərin iradlarına səbəb olub.
Görüntüləri təqdim edirik:
Aysel Aslan