Okt
2023
12:50
16
54
1052
Virtual karabakh

“Bakı Payızı-2023 - 35 il sonra” istedadlar müsabiqəsinin məşqləri keçirilir - FOTO/VİDEO

9 Okt, 2023
12:50
1052

“Bakı Payızı-2023 - 35 il sonra” istedadlar müsabiqəsinin məşqləri keçirilir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nizami boutique house” şirkətinin Baş sponsorluğu ilə “Bakı Payızı-2023 - 35 il sonra” istedadlar müsabiqəsinin məşqləri keçirilir.

Oxu.Az-ın məlumatına görə, məşqləri izləmək üçün sənət adamları və blogerlər dəvət edilib.

Məşq prosesi zamanı sənət adamları və blogerlər üçün müsabiqə elan olunub.

Belə ki, həmin şəxslərin iticket.az-da promokodu olacaq. Sonda hansının promokodu vasitəsilə ən çox bilet alınarsa, həmin şəxs mükafatlandırılacaq.

Qeyd edək ki, noyabrın 3-də “Bakı payızı 2023 - 35 il sonra” yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.

Konsertdə 5 müxtəlif janr üzrə qaliblər birlikdə səhnəyə çıxacaq, iştirakçılara qələbə bəxş edən yeni mahnılar səsləndiriləcək.

Qruplar ən yaxşı xoreoqraflarla, vokalçılar orijinal janrın ən uğurluları ilə, yeni ulduzlar estradamızın məşhurları və ən çox sevdiyiniz müğənnilərlə duet oxuyacaqlar.

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadə Oxu.Az-a açıqlamasında bildirib ki, uzun illərdən sonra bu layihənin ölkəmizdə keçirilməsinə sevinir:

“Mən 33 il əvvəl “Bakı payızı”nda iştirak etmişəm. Aygün Məlikova ilə çıxış etmişəm və birinci yeri tutmuşam. Bu gün sevinirəm ki, bizim qalib dövlətimizdə belə bir hadisə baş verir. Bu müsabiqənin bonusunu illər sonra görəcəyik və iştirakçılar ulduz olacaqlar”.

O bildirib ki, gənclərlə işləmək lazımdır:

“Nəticədə burdakı iştirakçılar gələcəkdə Xalq, Əməkdar artistlər olacaqlar. Təşkilatçılara təşəkkür edirəm.

Xatırladaq ki, konsert proqramı noyabrın 3-ü saat 19:00-da Heydər Əliyev sarayında baş tutacaq. 35 ildən sonra siz də bu əfsanəvi müsabiqənin  tarixinə qovuşun.

Daha çox şəkil burada: PhotoStock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri