Bakının Yasamal rayonu, Əlövsət Quliyev küçəsində (“Sovetski”) yaşayış evlərindən birinin eyvanı təhlükə mənbəyinə çevrilmişdi. Uçmaq üzrə olan eyvana nazik taxta ilə dayaq verildiyindən ərazidən keçənlər üçün ciddi təhlükə yaranmışdı.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumat ictimailəşəndən sonra Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən qəzalı eyvan sökülüb.
Sökülən eyvanın təmiri ilə bağlı əlavə tədbirlər görüləcək.
Daha çox şəkil burada: PhotoStock.az
Rəylər