20 
Apr
2024
10:46
231
34
5147
Virtual karabakh

Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO

20 Apr, 2024
10:46
5147

Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünən paytaxtın Nərimanov rayonu ərazisində iki sürücünün yaranan tıxacı nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq mübahisə etməsini əks etdirən görüntülər araşdırılıb”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.

O bildirib ki, həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

“Tərəflərin ərizə və izahatları alınıb. Alınan xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda təhqiqat davam etdirilir”, - deyə Elbrus İbrahimov məlumat verib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri