Niderlandda ifrat sağçı Azadlıq Partiyasının lideri, deputat Qert Vilders Baş nazir Rob Yetteni açıq sərhədlər siyasəti nəticəsində ölkəni "yarıərəb" ölkəsinə çevirməkdə ittiham edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə partiya rəhbəri öz "X" hesabında yazıb.
"Yetten öz açıq sərhədlər siyasəti ilə Niderlandı "yarıərəb" ölkəsinə çevirir. O, milyardları xaricə göndərir və niderlandlıları taleyin ümidinə buraxır", - deyə o bildirib.
Siyasətçi həmçinin kabinetin mövcud tərkibinin istefasına çalışacağını qeyd edib.
Qeyd edək ki, Niderlandın miqrasiya sistemi artıq uzun müddətdir ki, imkanlarının tükənmə həddində fəaliyyət göstərir. Hökumət etiraf edir ki, müraciətlərin qəbulu və nəzərdən keçirilməsi sistemi hər gün maksimal yüklənmə ilə üzləşir, bir çox ərazilərdəki yerləşdirmə mərkəzləri isə həddindən artıq doludur.