Məşhur yunan-Roma güləşçimiz Rəsul Çunayev zədəsini sağaltmaqla məşğuldur.
Oxu.Az xəbər verir ki, Çunayev həkim nəzarəti altında məşqlərini edir.
O bununla bağlı fikirlərini bildirib:
“İbrahim həkimin Allah canını sağ eləsin. Sağ olsun ki, məni müalicə edir. Artıq müalicənin müsbət effektlərini hiss etməyə başlamışam. Həkimin sözlərinə görə, inşallah, yaxın bir neçə aya tam məşqlərə qatıla biləcəyəm. Hədəfimiz isə Tokio Olimpiya Oyunlarıdır”.
Rəsul Çunayev zədəsini belə sağaldır – VİDEO
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər